Sabiq futbolçumuzun oğlu böyük klubların HƏDƏFİNDƏ
Bizi izləyin

İdman

Sabiq futbolçumuzun oğlu böyük klubların HƏDƏFİNDƏ

İtaliyanın iki nəhəng klubu “Milan” və “Yuventus” Gürcüstan millisinin və Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliyaya elçi düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” portalı məlumat yayıb.

Mənbə yazır ki, hazırda “Milan” 20 yaşlı istedadlı gürcünü əldə etmək uğrunda “Yuventus”u qabaqlayır.

Həmçinin İtaliyanın “Napoli” klubu və Dortmund “Borusiya”sı hücumameylli futbolçu ilə yaxından maraqlanır.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur.

Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm