İdman
Türkiyə millisi qrupdan çıxa biləcəkmi? - PROQNOZLAR
AVRO-2020-nin 4 oyunu Azərbaycanda baş tutacaq. Qardaş Türkiyə Bakıda 2 qrup oyunu keçirəcək.
Azərbaycan azarkeşlərinin Türkiyə millisinə dəstəyilə baş tutacaq oyunlarla bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Publika.az-a açıqlamasında bildirdi ki, Türkiyə milli komandasının əsas oyunçularının çoxu xaricdə oynayır və daha təcrübəlidirlər: "Türkiyə öz oyunu ilə qrupdan çıxacaq. Türkiyə 2002-ci ildə üçüncü yeri qazandı. İştirak edən oyunçuların əksəriyyəti Almaniyada dərs almışdı. Türk olsalar da, futbol təhsili xaricdə idi. Deyərdim ki, Türkiyə indiki halda daha da güclüdür. Çünki Türkiyənin əsas oyunçuları xaricdə oynayırlar. İngiltərə, İtaliya, İspaniya, Fransa çempionatlarında türk oyunçuları iştirak edirlər, güclü performans sərgiləyirlər. İndiki halda da Türkiyə çox yaxşı vəziyyətdədir. Düşünürəm ki, Türkiyə öz uğurlu oyunu ilə qrupdan çıxacaq. Həmçinin medallar uğrunda da mübarizə apara bilər. Türkiyə iki oyununu Bakıda oynayacaq. Stadionda on ikinci oyunçu bizim azarkeşlər olacaq. Yalnız iki ölkədə stadiona azarkeşlərin 50 faizi buraxılacaq".

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə qeyd etdi ki, Türkiyənin üstünlüyü Azərbaycanda oynamasıdır: "Ümumiyyətlə, qrupda İtaliya digər millilərdən fərqlənir. Yəni qrupda olan Türkiyə, Uels və İsveçrənin şansları demək olar ki, bərabərdir. Burada Türkiyənin əsas üstünlüyü Bakıda oynamasıdır. Çünki azarkeşlərin Türkiyəni dəstəkləməsi onlara əlavə güc verəcək. Kağız üzərində favorit İtaliya görünür. Ancaq Türkiyə milli komandasının əhval-ruhiyyəsi çox yüksəkdir. Oyunçular da qalib gəlmək üçün əllərindən gələni edəcəklər".

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, qrupun İtaliyadan sonrakı favoriti Türkiyədir: "Türkiyə Dünya çempionatının seçmə mərhələsində keçirdiyi üç oyunda yaxşı futbolu ilə yadda qaldı və topladığı xallarla qrupunun lideridir. Hazırda da qardaş ölkənin milli komandasının futbolçularının ümumi səviyyəsi ürəkaçandır. Əsas odur ki, Türkiyə AVRO-2020-yə zədəli futbolçuları olmadan gəlib. Bu, komanda üçün böyük bir faktordur. Komandanın ümumi psixoloji vəziyyəti çox yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, Türkiyənin iki oyunu Bakıda - qardaş ölkədə keçiriləcək. Bu da oyunçular üçün əlavə psixoloji üstünlük olacaq. Düşünürəm ki, Türkiyə qrup ikincisi olaraq növbəti mərhələyə adlayacaq".
Rahib Ələsgərli
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik














.jpg)


















.jpg)