Belçika Rusiyanı darmadağın etdi
Bizi izləyin

İdman

Belçika Rusiyanı darmadağın etdi

Futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşdə Belçika və Rusiya komandaları qarşılaşıb. Oyun 3:0 hesabı ilə Belçika komandasının xeyrinə başa çatıb. Qolları Romelu Lukaku (10-cu və 88-ci dəqiqə) və Tomas Muniyer (34-cü dəqiqə) vurublar.

Qeyd edək ki, B qrupunun digər görüşündə Finlandiya komandası Danimarka yığmasını 1:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm