AVRO-2020: İspaniya 1/4 finala çıxdı - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

AVRO-2020: İspaniya 1/4 finala çıxdı - (YENİLƏNDİ)

1/8 finalda ikinci matçın nəticəsi də əlavə 30 dəqiqəlik vaxtdan sonra müəyyənləşib.

Publika.az xəbər verir ki, İspaniya dünya çempionatının son finalçısı Xorvatiyaya 5:3 hesabı ilə qalib gəlib, 1/4 finala vəsiqə qazanıb.

Üçqat Avropa və dünya çempionlarının rəqibi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Fransa – İsveçrə görüşündən sonra müəyyənləşəcək.

xxx

21:13

İspaniya millisi müdafiəçi Sesar Aspilikuetanın baş zərbəsindən vurduğu qolla hesabda önə keçib/

Publika.az xəbər verir ki, “Çelsi” ilə Çempionlar Liqasını qazanmış futbolçu 57-ci dəqiqədə fərqlənib.

İspaniya 0:1 uduzduğu görüşdə xorvatlara 2:1 qalib gəlir.

xxx

21:03

Xorvatiyanın ilk qolu avtoqol kimi qapıçı Unai Simona ötürməni verən Pedrinin mənfisinə yazıldı. Görüşdə isə ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, hesab 1:1-dir.

xxx

20:40

İspaniya millisi bərabərlik qolunu vurdu. Pablo Sarabiya 38-ci dəqiqədə hesabı bərabərləşdirdi – 1:1.

Publika.az xəbər verir ki, bu, PSJ-nin yarımmüdafiəçisinin ardıcıl ikinci oyunda ikinci qoludur.

xxx

20:21

Xorvatiya 20-ci dəqiqədə hesabda önə çıxdı.

Publika.az xəbər verir ki, İspaniya millisinin qapıçısı Unai Simon sadə ötürməni ayağında saxlaya bilmədi və top qapıya getdi. Beləliklə, Unai Simon AVRO-2020-də avtoqola imza atan növbəti futbolçu oldu.

xxx

19:32

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə son dünya çempionatının finalçısı Xorvatiya ilə dünya və Avropa çempionları İspaniya millisi üz-üzə gələcək.

Türkiyəli Cüneyt Çakırın idarə edəcəyi bu görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb:

Xorvatiya (4-1-2-3): Livakoviç, Qvardiol, Çaleta-Tsar, Vida, Yuranoviç, Brozoviç, Kovaçiç, Modriç (kapitan), Rebiç, Vlaşiç, Petkoviç

İspaniya (4-3-3): Unai Simon, Qaya, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Feran Tores, Morata

Qeyd edək ki, bu matçın qalibi bu gün axşam keçiriləcək günün ikinci matçı olan Fransa – İsveçrə oyununun qalibi ilə 1/4 finalda qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm