"Zirə"nin sabiq futbolçusu Portuqaliya klubunda
Bizi izləyin

İdman

"Zirə"nin sabiq futbolçusu Portuqaliya klubunda

Ötən mövsümün sonunda Bakının “Zirə” klubundan ayrılan mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.

Publika.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi "Maritimu" klubuna keçib.

Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Klesio Bauk Azərbaycanda "Zirə"dən əvvəl "Qəbələ"nin formasını geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm