"Səbail" "Sumqayıt"ı məğlub etdi
Bizi izləyin

İdman

"Səbail" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Cabir Əmirli "Səbail"ə qələbə qazandırıb. Beləliklə, "gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.

3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib. Tura saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm