Yeni nazir gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü - FOTO
Bizi izləyin

İdman

Yeni nazir gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü - FOTO

Gənclər və İdman Nazirliyində ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrupu ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı çıxış edən gənclər nazirə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, qarşılaşdıqları çətinliklər, gələcək planları barədə məlumatlar veriblər.

Bundan başqa təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, təşkilatların sosial mediada fəaliyyəti, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Gənclər təşkilatlarının rəhbərləri maraqlı və səmimi görüş üçün nazirə minnətdarlıqlarını bildiriblər.

Daha sonra F.Qayıbov bu görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini vurğulayıb.

Görüşdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, gənclər təşkilaları ilə iş sektorunun müdiri Fuad Babayev də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm