Məşhur rus saytında Mahirə qarşı BİABIRÇI HƏRƏKƏT - FOTO/VİDEO
Bizi izləyin

İdman

Məşhur rus saytında Mahirə qarşı BİABIRÇI HƏRƏKƏT - FOTO/VİDEO

Video əlavə olunub.

xxx

Rusiyanın məşhur idman saytı “Spartak”- “Legiya” matçını şərh edərkən Azərbaycan milli komandasının və Polşanın “Legiya” klubunun üzvü Mahir Emrelini erməni futbolçu kimi təqdim edib.

Publika.az xəbər verir ki, “Sport.ru”da yayımlanan matçın şərh hissəsində azərbaycanlı hücumçu erməni futbolçu kimi qələmə verilib.

Dünən gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Spartak" klubu ilə Polşanın "Legiya" klubu arasında keçirilən görüşün canlı nəticələrini yayımlayan sayt hücumçunun rəqibə vurduğu zərbəni bu cür ifadə edib: “Emrəli üzərində Kastrati – erməni hücumçu müdafiəsiz yerə zərbə vurdu. Sadəcə şans idi”.

Qeyd edək ki, 0:1 hesabla “Legia”nın qələbəsi ilə başa çatan matçın 83-cü dəqiqəsində Mahir Emreli Peckhart ilə əvəzlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm