"Qarabağ" "Kayrat" üzərində əzmkar qələbə qazandı
Bizi izləyin

İdman

"Qarabağ" "Kayrat" üzərində əzmkar qələbə qazandı

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Qurban Qurbanovun komandası ilk hissədə hesabda geri düşsə də, əzmkar oyunla qələbə qazanıb - 2:1.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1

Qol: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr)

"Qarabağ" 7 xalla qrupun lideridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm