"Qəbələ" "Keşlə"ni məğlub etdi - VİDEO
Bizi izləyin

İdman

"Qəbələ" "Keşlə"ni məğlub etdi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün yeganə matçında "Keşlə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. "Qırmızı-qaralar"ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. 38-ci dəqiqədə "Keşlə"nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+7-ci dəqiqədə Amil Yunanov "Keşlə"nin təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayı 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm