Azərbaycan komandaları Macarıstan və Almaniya ilə görüşəcək
Bizi izləyin

İdman

Azərbaycan komandaları Macarıstan və Almaniya ilə görüşəcək

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün IV turun görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komandanhərəyə 6 xalla ilk 2 pillədə yer alıb.

Qadın yığması isə Almaniya ilə üz-üzə gələcək. Bu komanlar isə hazırda 4 xala malik 8 ölkə ilə birlikdə 5 - 12-ci yerlərdə gedirlər.

Qeyd edək ki, III turda Azərbaycanın kişilərdən ibarət komandası Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadın millisi isə Gürcüstana uduzub - 1:3.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm