İdman
Təhlükəsizlik Departamentini ləğv edib, polisləri işə saldılar
Yeni start götürən Azərbaycan Premyer Liqasının ilk iki turunda hakimlərin əhatəsində görməyə adət etdiyimiz PFL-in mühafizəçilərinin olmamasına hər kəs təəccüblənib. Mətbuatda yayılan məlumatlara görə, qurumun prezidenti Ramin Musayev artıq Təhlükəsizlik Departamentini ləğv edib.
İddiaya görə, bundan sonra çempionat oyunlarında hakimlərin təhlükəsizliyinə polislər nəzarət edəcək. Oyun sonrası mətbuat konfranslarında isə jurnalistlərin vəsiqələrinə AFFA tərəfindən təyin olunacaq nümayəndələr baxacaq.
Qurumun hansı səbəbdən bu addımı atması barədə maraqlandıq.
Məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqası ilə əlaqə saxladıq. Publika.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev təhlükəsizliyi polislərə tapşırdıqlarını təsdiqlədi: “Cari mövsümdən qərara gəldik ki, çempionat oyunları zamanı hakimlərin təhlükəsizliyinə hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət etsin. Ona görə də təhlükəsizlik departamentinin əməkdaşlarını ixtisara saldıq”.
Aygün İlqarqızı
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR