İdman
Azərbaycanlılar dopinq problemini həll etmək istəyirlər
Azərbaycan Ağır Atletika Federasiyasının cəzasının iki dəfə artırıla biləcəyi barədə məlumat vermişdik. Cəzanın artırılmasına səbəb Beynəlxalq Ağır Atletika Federasiyasına verilməli olan 500 min dollar cərimənin hələ də ödənilməməsidir. (http://publika.az/p/36984)
Deyəsən, AAAF üzərinə düşən cəzanı ödəmək fikrinə düşüb. Çünki federasiyanın hazırkı durumu ağırdır, federasiya mötəbər beynəlxalq turnirlərə idmançı göndərməkdən məhrum olunub. Bu da onun imicinə növbəti böyük zərbədir.
Federasiya cəzanı ödəyib, “batmış qurum” adını üzərindən atmaq istəyir. Düzdür, bu barədə rəsmi məlumat verilməyib, amma Publika.az-ın əldə etdiyi məlumata görə, ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırlıqlara başlayıb, növbəti beynəlxalq turnirlərdə medallar qazanmağa ümid edir. Hətta millinin baş məşqçisi Zlatan Vanev də məlum olaylardan sonra Azərbaycana qayıdıb.
İddiaya görə, o da federasiya rəsmiləri ilə görüşərək idmançıların taleyindən gileylənib, bunun üçün cərimənin tez ödənilib hər şeyin qaydasına qoyulmasını istəyib.
Hətta Zlatan Vanevin növbəti görüşü bir başa federasiyanın prezidenti Cahangir Əsgərovla olacaq.
İndi Vanev bir neçə idmançını özüylə vətəninə aparır. Səbəb isə məşqləri orada davam etmək istəməsidir. İddialara görə bu idmançılardan biri olimpiya mükafatçımız Valentin Xristovdur. Digər idmançıların adlarını dəqiqləşdirə bilmədik.
Aygün İlqarqızı
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi