İdman
2022 Mayami Qran Prisi - NƏTİCƏLƏR
Mayami Qran Prisi amerikalılar üçün vacib hadisədir, buradakı azarkeşlərin marağı, rəngarəng görüntülər daha çox danışılacaq, nəinki dar küçələrdə baş tutan klassik şəhər yarışı.
Publika.az xəbər verir ki, cümə günü məşqlərdə əvvəlcə Şarl Lekler, sonra isə Corc Rassell protokollara başçılıq ediblər, dünən Serxio Peres hamıdan fərqlənib. Sıralanma turu isə “Ferrari” üçün əlamətdar olub – Lekler poul qazanıb və komanda ilk cərgəni zəbt edib.
Yarışa ikinci cərgədən “Red Bull” pilotları, üçüncü cərgədən isə köhnə komanda yoldaşları Valtteri Bottas və Lyuis Həmilton başlayıblar. Sıralanma turunda çıxış edə bilməyən Esteban Okon da xüsusi qərarla yarışa buraxılıb.
Pirelli Mayamiyə orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Stroll, Rassell, Fettel, Latifi və Okon sərt, yerdə qalan sürücülər isə orta təkərləri seçiblər.
Start insidentsiz alınıb , Lekler yerini qoruyub, Ferstappen isə Saynsı geridə qoyub. Qasli və Alonso ləngiyən Həmiltonu üstələyiblər. 2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Sayns – Peres – Bottas – Qasli – Alonso – Həmilton – Norris – Tsunoda.
Şumaxer Rikkardonu qabaqlayıb, Həmilton Alonsodan mövqeyini geri alıb. Rikkardo Maqnussenə də keçilib. Həmilton 6-cı dövrədə Qaslini də ötərək startdakı yerini bərpa edib. Bir dövrə sonra Çjou komandanın istəyi ilə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Ferstappen 9-cu dövrədə Leklerə hücum edərək onu keçib və liderliyə yüksəlib.
Rikkardo Tsunodanı ötüb, Lekler səhvə yol versə də, yerini qoruyub. Alonso 16-cı dövrədə pit-stop edib və komanda onu bir qədər ləngidib. Bir dövrə sonra Qasli və Elbon, 3 dövrə sonra isə Norris yeni təkərlərə keçib. Peres motorun güc itirməsindən şikayətlənib, lakin bir qədər sonra problem həll olunub. 23-cü dövrədə Həmilton, 25-ci dövrədə Lekler, 27-ci dövrədə Ferstappen və Bottas, 28-ci dövrədə isə Sayns və Peres təkərlərini dəyişib.
Maqnussen, Şumaxer, Fettel və Norris arasında sıx mübarizə olub. Maqnussen 32-ci dövrədə iki alman sürücünü keçsə də, 3 dövrə sonra səhvə yol verib və komanda yoldaşını irəli buraxıb. Daha sonra isə Fettel təkərlərini bloklayaraq Norrisin gerisində qalıb. Alonso 40-cı dövrədə Qaslini keçib, ötmə zamanı baş verən təmasa görə ispan sürücü sonradan 5 saniyə cəza alıb.
Şumaxer Qaslini ötüb. Pyer trasdan bir qədər çıxıb, geri qayıdarkən Norrislə toqquşub, McLaren sürücüsünün maşını bir neçə dəfə yerində fırlanıb və dayanıb. Təhlükəsizlik maşını trasa çıxıb, Rassell, Stroll, Peres, Okon, Fettel və Rikkardo dərhal pit-stop ediblər.TM arxasında ilk onluq: Ferstappen – Lekler – Sayns – Peres – Bottas – Həmilton -Rassell – Alonso, Şumaxer, Maqnussen.
Kevin 43-cü dəqiqətə təkərlərini dəyişib. Restart 46-cı dövrədə verilib. Maks liderliyini davam etdirib, Qasli isə maşını boksa gətirib və mübarizəni dayandırıb. Bottas 50-ci dövrədə səhvə yol verib və hər iki “Mercedes” sürücüsünə keçilib. Daha sonra isə təzə təkərlərlə yarışan Rassell komanda yoldaşını geridə qoyub.
Yeni Medium təkərlərlə mübarizəni davam etdirən Peres 52-ci dövrədə Saynsa hücum edib, maşınlar təmas edib, lakin Karlos onu irəli buraxmayıb. Şumaxerlə Fettelin qəzasından sonra dördqat dünya çempionu yarışı dayandırıb, Mik isə pit-stop etməli olub. TM-dan sonra Lekler daha sürətli təsir bağışlayıb. Ferstappen son dövrələrə qədər onu DRS məsafəsindən çıxara bilməyib, lakin keçid də verməyib. Sonda isə Maqnussen yarışı dayandırıb.
Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 23-cü qələbəsini qazanıb. Şarl Lekler və Karlos Sayns növbəti iki yeri tutaraq podimumu tamamlayıblar.
Mübarizə isə 2 həftə sonra Barselonada davam edəcək.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO