Qadın hakimi yumruqla vuran futbolçu həbs olundu - VİDEO
Bizi izləyin

İdman

Qadın hakimi yumruqla vuran futbolçu həbs olundu - VİDEO

Argentinada "İndependensiya de Çaves" və "Deportivo Qarmense" arasında keçirilən regional liqa matçında insident baş verib.

Publika.az xəbər verir ki, qonaq komandanın oyunçusu Kristian Tiro matçın qadın baş hakimi Dalma Kortadiyə hücum çəkib.

Referinin qərarlarından narazı qalan futbolçu arxadan onun baş nahiyəsinə zərbə endirib. Xoşbəxtlikdən, zərbə dəqiq alınmayıb və Kortadi yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

İddiaya görə, həmin hadisədən sonra oyun yarımçıq dayandırılıb, Tiro isə həbs olunub.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm