"Rapid" "Neftçi" ilə oyundan öncə xal itirdi
Bizi izləyin

İdman

"Rapid" "Neftçi" ilə oyundan öncə xal itirdi

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Publika.az-ın məlumatına görə, Vyana təmsilçisi III turda Lustenau "Austriya"sını qəbul edib. "Alyants" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqştaller, qonaqlardan isə 70-ci dəqiqədə Stefano Surdanoviç fərqləniblər. 57-ci dəqiqədə paytaxt klubundan Ante Bayiç ikinci sarı vərəqəni alaraq. meydandan qovulub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Rapid" 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm