Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"
Bizi izləyin

İdman

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

"Əla oyun keçdi. İlk hissə yaxşı alındı və komanda çox xoşuma gəldi".

Publika.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis ikinci yarıda əziyyət çəkdiklərini bildirib: "Yorğunluq, hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik, Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır".

66 yaşlı baş məşqçi nəticədən razı qaldığını söyləyib: "Uşaqlardan nə istəmişdim, hamısını yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. İnkişaf etməliyik. İntensivliyi gördünüz. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm