İdman
Messi qayıdış şərtini açıqladı: o, "Barselona"dan gedərsə...

Cari mövsümün sonunda Fransa PSJ-sindən ayrılmağı planlaşdıran Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.
Publika.az "trend"-ə istinadla xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Mark Marba paylaşım edib.
O bildirib ki, argentinalı hücumçu Jerar Pikenin komandadan göndərilməsini istəyib. 35 yaşlı forvard İspaniya millisinin üzvünün Kataloniya klubunda qalacağı təqdirdə təklifi qəbul etməyəcəyini deyib.
İddiaya görə, iki futbolçu arasında münasibət son vaxtlar olduqca korlanıb. Onların hətta Messinin "Barselona"da olduğu son mövsümdə bir-biri ilə danışmadıqları bildirilib.
Daha əvvəl Pikenin Madrid "Atletiko"suna keçəcəyi ilə bağlı xəbər yayılıb.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO
-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:37
Prezident seçkiləri ilə bağlı MSK-da iclas olacaq
-
Sosial12:07
Qənirə Paşayevanın yerinə o seçildi
-
Avropa11:35
Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
-
Dünya11:05
Yunan nazir Ərdoğana belə təzim etdi - VİDEO/FOTO