“Sarı sualtı qayıq” lidersiz qaldı
Bizi izləyin

İdman

“Sarı sualtı qayıq” lidersiz qaldı

“Sarı sualtı qayıq” lidersiz qaldı

Milli komandaların oyunları bir çox futbolçuların klubların düşərgəsinə zədəli qayıtmasına səbəb olub.

Publika.az xəbər verir ki, “Vilyarreal”ın liderlərindən olan Covani Dos Santos da sıradan çıxıb. 25 yaşlı hücumçu Meksikayla Çili arasında keçirilən yoldaşlıq matçında zədələnib. Tibbi müayinədən sonra onun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı məlum olub.

Covaninin La Liqanın növbəti 4 turunda – “Qranada”, “Rayo Valyekano”, “Eybar” və “Real”la oyunlarda komandasına kömək edə bilməyəcəyi söylənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm