Qətər Almaniyanı Özillə “vurdu” – Foto
Bizi izləyin

İdman

Qətər Almaniyanı Özillə “vurdu” – Foto

Qətərli azarkeşlər Almaniya millisinin futbolçularının jestinə cavab veriblər.

Xatırladaq ki, alman futbolçular Yaponiya ilə oyundan (1:2) əvvəl şəkli çəkdirərkən etiraz olaraq ağızlarını əlləri ilə bağlayıblar. Almaniya millisi bu jestlə DÇ-2022-də “OneLove” yazılan kapitan sarğılarının taxılmasına qoyulan qadağaya münasibətlərini nümayiş etdiriblər.

Publika.az xəbər verir ki, qətərli azarkeşlər alman futbolçuların jestinə cavab veriblər və bunu kifayət qədər ironik şəkildə ediblər. Onlar Məsut Özilin Almaniya millisindən ayrılması hekayəsini xatırladıblar.

Məsut sosial şəbəkələrdə Türkiyə prezidenti ilə fotosunu yerləşdirmişdi, buna görə alman mətbuatı tərəfindən tənqid olundu və milli komandadakı karyerasını bitirmək məcburiyyətində qaldı. Qətərli azarkeşlər Özilin şəkillərini əllərində tutaraq ağızlarını bağlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm