Argentina və Polşa yığmaları 1/8 finalda - VİDEO/YENİLƏNDU
Bizi izləyin

İdman

Argentina və Polşa yığmaları 1/8 finalda - VİDEO/YENİLƏNDU

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Publika.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.

xxx

00:28

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab dəyişib.

Publika.az xəbər verir ki, Cənubu Amerika təmsilçisi 2-ci qolu avropalıların qapısından keçirib. 68-ci dəqiqədə Xulian Alvares fərqlənib.

xxx

00:07

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, 46-cı dəqiqədə fərqlənən Aleksis Makallister Cənubi Amerika təmsilçisini önə keçirib.

xxx

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. 39-cu dəqiqədə Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi penaltidən yararlana bilməyib.

xxx

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyunu başlayıb.

Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm