Yaxın Şərq
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...
“Mossad” Bəşər Əsədin devrilməsindən sonra 1967-ci ildə “6 günlük müharibə”də qalib gələn məşhur casus Eli Koenin məxfi sənədlərini və cəsədini Suriyada axtarmağa başlayıb.
Publika.az xəbər verir ki, “Mossad” direktoru David Barnea cəsəd üçün Colani hökuməti ilə danışıqlar aparır.
Hermon dağını işğal edən İsrail indi də tarixinin ən məşhur agenti Eli Koenin Dəməşqdə saxladığı sənədləri əldə etməyə çalışır. Qlobal kəşfiyyat xəbər nəşri “Intel News”un İsrail hökumət mənbələrindən əldə etdiyi məlumata görə, “Mossad” hərbi kəşfiyyat (Aman) və daxili kəşfiyyat xidmətinin (Şin Bet) birgə qurduğu xüsusi qrup Eli Koenin qalıqları üçün səfərbər olub.
Məlumata görə, Colani hökuməti ilə danışıqları birbaşa “Mossad” direktoru David Barnea aparır.
![]()
Eli Koen 1967-ci ildə İsraillə Misir-İordaniya və Suriya arasında İsrailin mütləq üstünlüyü ilə nəticələnən “6 günlük müharibə”də təkbaşına qalib gələn agent kimi tanınır. 1924-cü ildə İsgəndəriyyədə Misir yəhudi valideynlərinin ailəsində anadan olan Eliyahu Eli Koen Misir yəhudilərinin İsrailə keçməsinə kömək edən gizli cəmiyyətdə çalışıb. 1956-cı il Süveyş böhranından sonra İsraildə məskunlaşan Koen 4 il sonra “Mossad” agenti kimi işə başlayıb.
Koen daha sonra Dəməşqə gedib, ölkənin aparıcı iş adamları və siyasətçiləri ilə görüşüb. Bu dövrdə ordunun tanıdığı nüfuzlu simalarından olan polkovnik Əmin əl-Hafiz Suriyada Baas Partiyasının üzvləri ilə birlikdə çevriliş edərək hökuməti ələ keçirib və ölkənin 16-cı prezidenti seçilib. Koen Hafizin ən yaxın adlardan birinə çevrilib.

Bu dövrdə Suriyanın döyüş planlarını, Colan Təpələrindəki hazırlıqlarını və ordu cədvəlini öyrənən Eli Koen evində gizlətdiyi radio ötürücü ilə məlumatları İsrailə ötürməyə başlayıb. Koen Suriya əsgərlərini yanan günəşdən qorumaq üçün cəbhə xəttində ağaclar əkib. Bu ağaclar müharibədə İsrail ordusunun nöqtə hədəfinə çevrilib. Müharibədə uduzan və onu casusluqda şübhələndirən Suriya hökuməti Sovet İttifaqına məxsus texniki cihazlarla Dəməşq boyu radiotezlikləri izləyərək Koeni yaxalayıb. Uzun sorğu-suallardan sonra Koen 1965-ci ildə Dəməşqin Merci meydanında asılaraq edam edilib.

Koenin Suriya Dövlət Məxfi Arxivindəki sənədləri kritik hesab edilsə də, onun cəsədinin ölkəyə gətirilməsi üçün səylər göstərilir. “Mossad” əvvəlki əməliyyatında Koenin qol saatını ölkəyə gətirib və həmin saat hələ də “Mossad”ın qərargahında nümayiş etdirilir. Suriya Baas dövründə mümkün “Mossad” əməliyyatına qarşı Koenin dəfn yerini tez-tez dəyişdirirdi. Aprel ayında Əsəd hökumətinin Koenin cənazəsini ölkədən gedən Rusiya nümayəndə heyətinə təhvil verdiyi iddia edilsə də, bu xəbər təsdiqini tapmayıb.
Aysel Şahmar
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















