İdman
"Barselona" çıxılmaz durumda: Ulduzunu pulsuz itirə bilər
“Barselona”nın Dani Olmonu bu mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirə bilmədiyi haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, klub əmin idi ki, “Nike” ilə yüksək səviyyəli müqavilə La Liqanın Olmonu, eləcə də hücumçu Pau Viktoru qeydiyyatdan keçirə biləcəyinə maliyyə zəmanəti verəcək.
Lakin kataloniyalılara rədd cavabı verilib. Bu məsələni həll etmək üçün klub rəhbərliyinin cəmisi 4 günü qaldığı bildirilir.
Əgər alınmasa, Olmo yanvarın 1-də komandanı azad agent kimi tərk edə bilər – avqustda “Leypsiq”dən transfer olunan yarımmüdafiəçinin qeydiyyatı ilə bağlı problemləri nəzərə alaraq, belə bir bənd onun müqaviləsinə daxil edilib.
İspan futbolçu üçün təxminən 60 milyon avro ödənilib.
Düzdür, Olmo özü bir neçə dəfə vəziyyətdən istifadə edib pulsuz getmək istəmədiyini, “Barselona”da oynamağa davam etmək istədiyini bildirmişdi.
Bu mövsüm Dani 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?







.jpg)










.webp)



















