Çin mafiyası Messidən belə yararlanır
Bizi izləyin

İdman

Çin mafiyası Messidən belə yararlanır

Asiya mafiyası DÇ-2022-in 1/4 finalında Argentina ilə Hollandiya arasında keçiriləcək matçın biletlərini nominal dəyərindən 5 dəfə baha qiymətə satır.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” yayıb.

Mənbənin sözlərinə görə, Çin mafiyası Qətərdəki dünya çempionatının Lionel Messi üçün sonuncu olacağı ehtimalından istifadə edir.

Onun oyununu canlı görmək istəyən xeyli sayda azarkeş var. Mafiya da, dünyanın hər yerindən gəlmiş bu azarkeşlərin yaratdığı tələbdən yararlanır.

Argentina-Hollandiya oyununa bileti 4,5 min avroya almaq təklif olunur ki, bu da nominal qiymətdən beş dəfə yüksəkdir. 7,5 min avro dəyərində premium paketlər də var.

Argentina-Hollandiya oyunu dekabrın 9-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm