Azərbaycanda Türkiyəyə görə 1 dəqiqəlik sükut olacaq - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Azərbaycanda Türkiyəyə görə 1 dəqiqəlik sükut olacaq - RƏSMİ AÇIQLAMA

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə Publika.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib. Abdullayevin sözlərinə görə, Türkiyənin bir neçə bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anmaq və qardaş ölkənin xalqının dərdinə şərik olmaq üçün bu addım atılıb.

Qeyd edək ki, bu gün “Şamaxı” - “Turan Tovuz” və “Sabah” - “Səbail” oyunları keçiriləcək.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm