Gənclərimiz Kaspiyskə niyə gedir?
Bizi izləyin

İdman

Gənclərimiz Kaspiyskə niyə gedir?

Gənclərimiz Kaspiyskə niyə gedir?

Sentyabrın 26-28-də Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsi yad ediləcək.

General-mayora həsr olunmuş I Beynəlxalq turnirə start veriləcək. Publika.az xəbər verir ki, turnirdə Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcək. Məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında 9 güləşçimiz qonşu respublikaya yollanacaq.

Yarışda ölkəmizi Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinomaqomed Hacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm