İdman
"Qalatasaray"ın 23 futbolçusu Bakıya gələcək

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyənin “Qalatasaray” klubunun Bakıya gətirəcəyi heyət açıqlanıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk 23 futbolçu ilə yola çıxacaq.
“Sarı-qırmızılar”ın Mauro İkardi, Nikolo Zaniolo, Serjio Oliveyra, Lukas Torreyra kimi oyunçuları heyətdədir:
Leo Dibua, Matias Ross, Lukas Torreyra, Fredrik Midtşyö, Yunus Akgün, Atakan Ordu, Emre Taşdemir, Nikolo Zaniolo, Bafetimbi Qomis, Berkan Kutlu, Kaan Ayhan, Serjio Oliveyra, Yusuf Demir, Okan Koçuk, Abdülkerim Bardakçı, Beknaz Almazbekov, Arda Deniz Yavaş, Baran Demiroğlu, Ali Yeşilyurt, Caner Doğan, Xuan Mata, Berkan Aksoy, Mauro İkardi.
Məlumat üçün bildirək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO
-
Hadisə03:13
Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ/ VİDEO
-
Nida Xəbər 31 May 23:52
Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı - VİDEO