Bunu bacaran ilk ingilis oldu
Bizi izləyin

İdman

Bunu bacaran ilk ingilis oldu

Avro-2024-ün seçmə mərhələsində ötən gecə Ukrayna ilə keçirilən oyun İngiltərə millisinin kapitanı Harri Keyn üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, görüşdə hesabı açan "Tottenhem"in hücumçusu beynəlxalq yarışlarda vurduğu qolların sayını 100-ə çatdırıb. 30 yaşlı futbolçu 100 qol həddinə çatan ilk ingilis oyunçu olub. Keyn bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

Xatırladaq ki, Keyn Avro-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya ilə matçda (2:1) millidə 54-cü qolunu vurmaqla Ueyn Runini qabaqlayaraq yığmanın ən yaxşı bombardiri olmuşdu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm