Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.

xxx

00:35

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qollar vurulub.

Publika.az xəbər verir ki, İsveç yığması hesab arasındakı fərqi 5-ə çatdırıb.

88-ci dəqiqədə Yesper Karlsson, bir dəqiqə sonra isə Antoni Elanqa fərqlənib.

İsveç seçməsi hazırda 5:0 hesabı ilə öndədir.

xxx

00:25

İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahibləri 3-cü dəfə fərqləniblər.

79-cu dəqiqədə Viktor Dyekereş adını tabloya yazdırıb.

İsveç seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

xxx

00:11

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahibləri ikinci dəfə fərqlənməyə müvəffəq olublar.

Daha doğrusu, Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.

İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

xxx

23:50

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, meydan sahibləri hazırda 1:0 hesabı ilə öndədirlər.

38-ci dəqiqədə Emil Forsberq fərqlənib.

xxx

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, meydan sahibləri fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.

38-ci dəqiqədə Emil Forsberq fərqlənib.

xxx

23:25

Stokholmdakı “Friends Arena”da İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, meydan sahibləri 38-ci dəqiqədə fərqləniblər.

Yarımmüdafiəçi Emil Forsberq dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib.

İsveç seçməsi hazırda 1:0 hesabı ilə öndədir.

xxx

22:45

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyunu başlayıb.

Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı fransalı Stefani Frapparın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

xxx

21:44

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hein, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starferlt, 16. Yesper Karlström, 20. Kristoffer Olsson, 22. Robin Quayson

Baş məşqçi: Yan Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm