İdman
Heydər Əliyev Ağasəlim Mircavadova “Fransaya qapıçı aparmamışdınız” sualını verib? - Deyir ki…
Futbolumuzun tarixinə “Oser faciəsi” kimi düşən Fransa – Azərbaycan oyununun üstündən 28 il keçib. Amma bu qarşılaşma hələ unudulmur.
AÇ-1996-ın seçmə mərhələsi çərçivəsində baş tutan görüşə qədər komandamız 7 oyunda qapısından 17 top buraxmışdı. Ancaq Oserdəki qarşılaşmada “xoruzlar” yığmamızı nə az-nə çox, 10 dəfə mərkəzə dəvət etmişdilər. Bu matç millimizin tarixinə ən böyük hesablı məğlubiyyət kimi düşüb.
Bu qarşılaşmadan sonra tənqidlərlə yanaşı, müxtəlif hekayələr və lətifələr ortaya çıxıb. Futbolçuların görüşlə bağlı danışıqları da uzun illər ərzində dillər əzbəri olub.

Bu oyunla bağlı bir hekayə də var. İddia olunurdu ki, Heydər Əliyev darmadağından sonra komandanın baş məşqçi Ağasəlim Mircavadova zəng edərək “Ağasəlim, ora qapıçı aparmışdınız?” deyə soruşub.
Bununla bağlı Mircavadovla əlaqə saxladıq. Ondan həqiqətən belə bir hadisənin yaşanıb-yaşanmadığını öyrənməyə çalışdıq. 76 yaşlı mütəxəssis sualımıza belə cavab verib:
“Qətiyyən belə bir şey olmayıb. Heydər Əliyevlə aramızda elə söhbət olmayıb. Tamamilə uydurma hekayədir”.
Ağasəlim Mircavadov 1994-cü ildə milli komandaya baş məşqçi təyin edilib. Onun yığmadakı fəaliyyət dövrü təqribən 1 il olub. Onun rəhbərliyi dövründə komanda keçirdiyi 9 oyunun hamısında uduzub.

-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar

































.jpg)