İdman
ŞOK: “Zirə”nin hücumçusu fərari hesab edildi, “qara siyahı”ya salındı
Ukrayna İdman Nazirliyi xaricdən qayıtmayan 236 idmançını fərari hesab edərək “qara siyahı”ya salıb.
Publika.az xəbər verir ki, onlar idman yarışı başa çatdıqdan sonra Ukrayna ərazisinə qayıtma vaxtı ilə bağlı öhdəlikləri pozublar.
Siyahıya Ukrayna millisinin sabiq futbolçusu, AEK (Larnaka) klubunun hücumçusu Artem Qromov, “Zirə”nin hücumçusu Vladislav Kulaç, basketbolçular Andrey Kojemyakin və Aleksandr Kobets də daxil edilib.
Siyahıda Ukrayna millisinin heyətində çıxış etmiş xokkeyçilər Dmitri Nimenko, Filipp Panqelov-Yuldaşev və Yevgeni Fadeyev də var.
Ölkədə 2022-ci il fevralın 24-də hərbi vəziyyət tətbiq edilib və hərbi xidmət keçməli olan kişilərin Ukraynadan çıxması qadağan edilib.
2022-ci ilin may ayında idmançılara və məşqçilərə xaricə getməyə icazə verilib. Amma onlar xaricdə davamlı olaraq 30 gündən çox, lakin idman tədbirinin müddətindən az olmayaraq qala bilərlər. İdmançılar əvvəlki yarış bitdikdən sonra başqa tədbirdə iştirak edərsə, xaricdə qalma müddəti uzadıla bilər.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO