ÇL: "Qalatasaray"ın rəqibi müəyyənləşdi
Bizi izləyin

İdman

ÇL: "Qalatasaray"ın rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında olub. Mərasimdə Çempionlar Yolunun 10 potensial cütlüyü, Liqa Yolunun isə 2 cütlüyü müəyyənləşib.

Turnirə 2-ci mərhələdən başlayacaq Türkiyə çempionu “Qalatasaray” “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibi / “Qalatasaray” (Türkiyə)
“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi / “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü
“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi / “Haken” (İsveç) - TNS (Uels) cütünün qalibi
HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütünün qalibi / “Molde” (Norveç)
“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütünün qalibi / “Kopenhagen” (Danimarka)
“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütünün qalibi / “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
“Aris” (Kipr) - “Partizani” (Albaniya) - BATE (Belarus) cütünün qalibi
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi / “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)
“Servett” (İsveçrə) - “Genk” (Belçika)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm