19 yaşlı ofisianta təcavüz edən şəxs azadlığa çıxdı – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

19 yaşlı ofisianta təcavüz edən şəxs azadlığa çıxdı – FOTOLAR/VİDEO

Uels yığma komandasının və "Şeffild Yunayted" klubunun sabiq hücumçusu Çed Evans artıq azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, o, oteldə 19 yaşlı ofisiant qıza təcavüz etməkdə ittiham olunurdu.

Futbolçu hadisədən dərhal sonra - 2012-ci il aprelini 20-də azadlıqdan məhrum edilib. 5 il həbs cəzası alan 25 yaşlı forvardın cəzasının qalan hissəsi əfv olunub.

Həbsdən çıxan futbolçu yenidən karyerasını davam etdirmək məqsədilə keçmiş klubuna müraciət də edib. Bəzi azarkeşlər Evansın qayıdışını istəsələr də, internetdə onlayn səsvermədə iştirak edən 150 min nəfər məsələyə mənfi reaksiya bildirib.

Qeyd edək ki, "Şeffild Yunayted"in rəhbərliyi bu barədə hələ heç bir açıqlama vermir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm