Putin türklərə təşəkkür etdi
Bizi izləyin

İdman

Putin türklərə təşəkkür etdi

Putin türklərə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin türklərə təşəkkürünü bildirib.

Publika.az xəbər verir ki, Soçidə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla görüşən Putin, türk inşaatçıların idman obyektlərinin tikintisində göstərdikləri fədakarlığı xüsusi qabardıb:

“Bizim mütəxəssislər razı qalıblar. Türk inşaatçılar peşəkar səviyyədə, bütün qüvvələrini sərf edərək ürəkdən çalışdılar. Bununla da Olimpiadanın keçirilməsinə böyük töhvə verdilər. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu, bizim birgə Olimpiadamızdı”.

Öz növbəsində, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bildirib ki, türkiyəli inşaatçılar Rusiyaya 2018-ci ildə keçiriləcək dünya çempionatının infrastrukturunun qurulmasında da yardımçı olmağa hazırdılar: “Düşünürəm ki, bizim inşaat şirkətləri bu işdə iştirakı qəbul etməyə hazırdılar”.

Putin Soçiyə gəldiyinə görə Ərdoğana təşəkkür edərək, Türkiyə idmançılarına uğurlar arzulayıb:

“Sizin fiqurlu konkiçilərinizi Olimpiadaya rus mütəxəssislər hazırlayıblar. Deməli, biz onlara da azarkeşlik edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm