İdman
Premyer Liqasnın 11-ci turu başa çatıb
Noyabrın 2-də Azərbaycan Premyer Liqasında 11-ci turun
oyunları keçirilib.
Eyni gündə keçirilən bütün oyunlar məhsuldarlığı ilə yadda
qalıb.
Günün ilk oyunu Qəbələdə keçirilib. Burada “Qəbələ” “Bakı”nı qəbul
edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
“İnter” səfərdə “Sumqayıt”la heç-heçə edib – 0:0
“Xəzər Lənkəran” doğma meydanda “Simurq”u sınağa çəkib və 2:1 hesablı qələbə qazanıb.
Növbəti oyunda paytaxt klubları üz-üzə gəlib. “Neftçi” öz meydanında AZAL-la qarşılaşlb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün son qarşılşmasında turnir cədvəlinin lideri “Qarabağ” öz meydanında autsayder “Araz Naxçıvan” qüvvəsini sınayıb. “Qarabag” bu oyunda “hücum silahını” işə salıb. Oyun 4:0 ağdamlıların xeyrinə başa çatıb.
Premyer Liqanın bu turunda qapıya vurulan 13 topun 10-u legionerlərin payına düşüb.
2 noyabr (bazar)
19:30.“Qarabağ” – “Araz Naxçıvan” - 4:0
Qollar: Muarem, 15 (1:0),
Emeqara, 33 (2:0), Reynaldo, 50 (3:0), 62-pen (4:0)
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal
Qənbərov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu
15:30.“Qəbələ” – “Bakı” - 1:1
Qırmızı vərəqə: Elşad Manafov,
90+1 ("Bakı")
Qol: Dodo, 5 (1:0), Nuran Qurbanov, 45 (1:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid
Əliyev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu
16:00.“Sumqayıt” – “İnter” - 0:0
Hakimlər: Orxan Məmmədov, Namiq
Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov
“Kapital Bank Arena” stadionu
17:00.“Xəzər Lənkəran” – “Simurq” - 2:1
Qollar: İdan Vaytsman, 38 (0:1),
Sadio Tounkara, 39 (1:1), Rahid Əmirquliyev, 59 (2:1)
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən
Acalov, Feyzulla Feyzullayev
"Xəzər Lənkəran" mərkəzi stadionu
17:15.“Neftçi” – AZAL - 4:0
Qollar: Eltun Yaqubl,
10-avtoqol,Denis Silva, 38 (2:0), Nikolas Kanales, 70 (3:0), 85
(4:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz
Əmiraslanov, Mahir Məmmədov
8-ci kilometr qəsəbə stadionu
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan