Umudovu vəzifəsində o saxlayıb? – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Umudovu vəzifəsində o saxlayıb? – RƏSMİ AÇIQLAMA

Güləş üzrə yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilməsi barədə məlumat vermişdik.

Federasiyada postu dəyişməyənlərdən biri də Firdovsi Umudovdur. (http://publika.az/p/49599 )

Publika.az-ın əldə etdiyi məlumata görə, sərbəst güləş üzrə milli komandamızın böyük məşqçisinin işi xüsusi dəyərləndirilir. Onun işindən razıdırlar. Ən əsası isə, onun postda qalmasında baş məşqçiliyə qayıtmış Saypulla Absaidovun da xidməti olub.

Belə ki, Saypulla Absaidov rəhbərliyə Umudovun vəzifəsində qalması ilə bağlı istəyini bildirib. O, F.Umudovun böyük məşqçilikdə qalmasını istəyib, onun işindən razı qaldığını deyib.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevlə əlaqə saxladıq. Publika.az-a danışan qurumun rəsmisi məlumatı təkzib edib. Belə bir halın baş vermədiyini deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm