İdman
“Qarabağ” 100-ü keçdi
“Qarabağ” klubu “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.
Publika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan oyuna qədər rəqib qapısına 98 dəfə yol tapan Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonuna kimi bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.
Bu, Azərbaycan çempionatlarının 32 illik tarixində beşinci belə hadisədir. "Qarabağ" daha əvvəl “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100 qol həddini keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub.
1. “Qarabağ” – 120 (“Neftçi”)
2. “Neftçi” – 119 (“Şamaxı”)
3. “Qarabağ” – 116 (“Sumqayıt”)
4. “Qarabağ” – 107 (“Şamaxı”)
5. “Qarabağ” – 102 (“Qəbələ”)
Heybət
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman24 Noyabr 19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq



































