Tramp hədiyyəyə görə Mirziyoyevə təşəkkür etdi
Bizi izləyin

ABŞ

Tramp hədiyyəyə görə Mirziyoyevə təşəkkür etdi

Tramp hədiyyəyə görə Mirziyoyevə təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə ona hədiyyə göndərən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edib.

Publika.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

“Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevə gözəl özbək söhbətgahlarına görə təşəkkür etmək istəyirəm”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Mirziyoyev amerikalı həmkarına qoz ağacından hazırlanmış iki ayvan hədiyyə edib.

Tramp söhbətgahları özündə saxlamaq əvəzinə, onları ictimaiyyətə hədiyyə etmək qərarına gəlib. Özbəkistan liderinin hədiyyəsi Vaşinqtondakı Qərbi Potomak parkında quraşdırılıb. Bu barədə Özbəkistanın ABŞ-dakı səfiri Furqat Sidikov sosial şəbəkələrdə məlumat verib.

Diplomatın sözlərinə görə, mərasim zamanı prezident helikopteri parkın üzərindən uçub. Sidikov bu anı Özbəkistanla ABŞ arasındakı dostluq və strateji tərəfdaşlığı əks etdirən rəmzi hadisə adlandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm