“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
Bizi izləyin

İdman

“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı

“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıblar.

Publika.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib.

Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün beş oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm