A seriyasında daha bir istefa
Bizi izləyin

İdman

A seriyasında daha bir istefa

Fabio Liverani “Salernita”nanın baş məşqçisi vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı Liverani fevralın 11-dən “Salernitana”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komandası cəmi beş matç keçirib, bu oyunlarda yalnız bir heç-heçə əldə edilib, dörd məğlubiyyət alınıb.

Bu, mövsüm ərzində klubda 3-cü qovulmadır – Filippo İnzaqi və Paulo Sousa komandanı daha əvvəl tərk ediblər. Bu mövsüm “Salernitana” A Seriyasında cəmi iki qələbə qazanıb. 14 xalla klub çempionatda sonuncu, 20-ci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm