Zorlamaya görə ittiham edilən Robinyo: Ağ adamın məhkəməsi fərqli olardı
Bizi izləyin

İdman

Zorlamaya görə ittiham edilən Robinyo: Ağ adamın məhkəməsi fərqli olardı

"Milan" və Braziliya millisinin keçmiş cinah oyunçusu Robinyo ölkədəki irqçiliyə görə İtaliyada zorlamada təqsirli bilindiyini söyləyib.

2013-cü ildə futbolçu və dostu Milanda gecə klublarından birində qıza təcavüz etməkdə ittiham olunurdular. Robinyo hər şeyin razılıq əsasında olduğunu israr etsə də, polis isə bunun əksini sübut edən sübutların olduğunu söyləyib.

Ex-Milan star Robinho blames 'racist' Italy for rape conviction

2017-ci ilin noyabrında Milan məhkəməsi Robinyonu qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edib. Bir neçə ildir ki, futbolçunun müdafiəçiləri qərara etiraz etməyə cəhd göstərib. Ancaq Robinyo bir gün də həbsxanada qalmayıb. Bu müddət ərzində o, İtaliya ilə ekstradisiya müqaviləsi olmayan Braziliyada olub.

Robinho - Player profile | Transfermarkt

“Mən İtaliyada baş verməyən bir şeyə görə ədalətsiz olaraq məhkum edildim və bunu sübut etmək üçün bütün sübutlarım var.

Dörd il İtaliyada oynadım və irqçilik hekayələrini görməkdən yoruldum. Təəssüf ki, bu gün də mövcuddur. 2013-cü ildə və 2024-cü ildə baş verən hadisələr onu deməyə əsas verir ki, irqçiliyə qarşı heç nə etməyənlərlə məni məhkəmədə qınayanlar eyni adamlardır.

Əgər bu məhkəmə prosesi ağdərili adama aid olsaydı, şübhəsiz ki, tamamilə fərqli nəticələnərdi”, - deyə Robinyo "Record TV"-yə müsahibəsində deyib.

Qeyd edək ki, Robinyonun 40 yaşı var. O, 2020-ci ildə futbolçu karyerasını bitirib. Robinyo “Real”, “Mançester Siti”, “Santos”, “Quanqju Eveqrand”, “Atletiko Mineyro”, “Sivasspor”, “Başakşəhər” və “Santos”da çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm