Xavi jurnalisti məhkəməyə verdi: "Nalayiq mesaj" söhbətinə görə
Bizi izləyin

İdman

Xavi jurnalisti məhkəməyə verdi: "Nalayiq mesaj" söhbətinə görə

"Barselona"nın baş məşqçisi Xavi "El Pais"in jurnalisti Manuel Jaboisi məhkəməyə verib.

Publika.az xəbər verir ki, münaqişənin hekayəsi sözügedən nəşrin başqa bir jurnalistinin Çempionlar Liqasında "Antverpen"ə məğlub olduqları (2:3) oyundan sonra dərc etdiyi yazı ilə başlayıb. Həmin görüşdən sonra “Avropanın klounları” adlı məqalə dərc olunub. Xavi buna pley-off çərçivəsində baş tutan "Napoli" ilə oyundan sonra reaksiya verib.

Hər iki tərəf tənqid olunub və bu məsələyə konfransda nöqtə qoyulub. Lakin "El Pais"in başqa bir jurnalisti Manuel Jabois həmkarını müdafiə etmək qərarına gəlib. O, Xavi ilə bağlı maraqlı iddia ortaya atıb:

"Bəli, mən bu barədə danışmaq istəməzdim, çünki bu, məxfi idi. Şəxsi mesajlar vasitəsilə, nalayiq mesajlar göndərib. Onlar olduqca ədəbsiz mesajlar idi. Xavi dedi ki, oyunçu olanda hər şeyi qazanıb və buna görə də özünü toxunulmaz hesab edir".

Bu açıqlamalar ispan mütəxəssisi qəzəbləndirib. O, Jaboisi məhkəməyə vermək qərarına gəlib. "Barselona" isə baş verənlərə münasibət bildirərək Xavinin Jaboisin kim olduğunu belə bilmədiyini açıqlayıb. Buna görə də onların arasında heç vaxt yazışma olmadığı vurğulanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm