Benzianın möhtəşəm qolu FİFA-nın bu mükafatına namizəd olacaq? - VİDEO
Bizi izləyin

İdman

Benzianın möhtəşəm qolu FİFA-nın bu mükafatına namizəd olacaq? - VİDEO

Əlcəzair millisinin və “Qarabağ”ın futbolçusu Yassin Benzia "Puşkaş" mükafatına namizəd ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzair millisinin “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika ilə oyununda baxımlı qol vurub. Buna görə Benzia "Puşkaş" mükafatına layiq görülə bilər.

Qeyd edək ki, sözügedən mükafat FİFA tərəfindən ilin ən yaxşı qolunun sahibinə verilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm