Zəncirvari qəza: Dünya çempionları xurd-xəşil oldular - VİDEO
Bizi izləyin

İdman

Zəncirvari qəza: Dünya çempionları xurd-xəşil oldular - VİDEO

Ötən gün 78-ci klassik "Dwars Door Vlaanderen" veloyürüşü keçirilib.

Publika.az xəbər verir ki, Belçika yollarında keçirilən yarış fəsadsız ötüşməyib. Finişə 67 kilometr qalmış ağır qəza baş verib. Bir neçə velosipedin bir-biri ilə toqquşması təhlükəli zəncivari qəzaya səbəb olub. Bir neçə velosipedçi yerə yıxılıb. Hadisə zamanı azı 6 velosipedçi yaralanıb, 3 idmançı isə ağır xəsarətlər alıb.

Ən ciddi xəsarət alanlardan biri, "Visma" komandasının idmançısı, siklokross üzrə üçqat dünya çempionu Vout van Aart olub. Belçikalı xəstəxanaya çatdırılıb. Ona körpücük sümüyü və bir neçə qabırğasının sınığı diaqnozu qoyulub.

Van Aartın həmyerlisi Yasper Stuyvenin də qəza zamanı körpücük sümüyü sınıb. Keçmiş dünya çempionu Mads Pedersen də ciddi xəsarət alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm