Bu klubun rəsmisi Juninyo üçün Bakıya gəlir
Bizi izləyin

İdman

Bu klubun rəsmisi Juninyo üçün Bakıya gəlir

"Beşiktaş" "Qarabağ"ın hücumçusu Juninyo Olavionu heyətinə qatmaqda israrlıdır.

Publika.az xəbər verir ki, bu məqsədlə "ağ-qaralar"ın idman direktrou Samet Aybaba Azərbaycana gəlməyə hazırlaşır. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Qara qartal” rəsmisi Ağdam təmsilçisinin rəhbərliyi ilə görüşərək, transferin detallarını müzakirə edəcək. "Qarabağ" Juninyonu 8 milyon avroya satmağı planlaşdırır. Lakin bu məbləğ "Beşiktaş"ı qane etmir. Buna görə də Aybaba Bakı səfəri zamanı qiymət endirimi üçün danışıqlar aparacaq.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi. Braziliyalı hücumçunun Fransanın "Tuluza" klubu ilə anlaşdığı barədə də iddialar var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm