UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
Bizi izləyin

İdman

UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək

Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) 2024 - cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak üçün ərizədə maksimum oyunçu sayının artırılması təklifini nəzərdən keçirməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, milli komandaların müraciəti 23 nəfərdən 26 nəfərə qədər genişləndirilə bilər. Bu məsələ ilə bağlı yekun qərar aprelin 8-də bütün komandaların iştirakı ilə keçiriləcək konqresdə veriləcək.

Xatırladaq ki, Avro-2024-ün final hissəsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm