Hər şey ortaya çıxdı: Alveşin girov pulu bunun qarşılığında ödənib
Bizi izləyin

İdman

Hər şey ortaya çıxdı: Alveşin girov pulu bunun qarşılığında ödənib

Hər şey ortaya çıxdı: Alveşin girov pulu bunun qarşılığında ödənib

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşin həbsdən çıxması üçün 1 milyon avro təzminatın necə ödəndiyi məlum olub.

Publika.az xəbər verir ki, nəşrin adı açıqlanmasa da, bildirilir ki, 1 milyon avro Dani Alveşin həyatı ilə bağlı eksklüziv müsahibə müqabilində verilib. Danışıqlar, keçmiş braziliyalı futbolçunun hekayəsini işıqlandıracaq sənədli video formatında müsahibənin aparılmasını əhatə edir.

Xatırladaq ki, Alveş Barselonada gecə klubunda qıza təcavüz etməkdə ittiham olunurdu. Braziliyalı müdafiəçi 4,5 il həbs cəzasına məhkum edilib və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib. Ötən həftənin bazar ertəsi günü isə Dani Alveş 1 milyon avro qarşılığında zaminə buraxılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm