Cənubi Qafqaz
Zelenski İrəvana gəlir: Ermənistanda sensasion anti-Rusiya planı
“Bir neçə gündən sonra Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana gələrsə, İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyinin sammitinin mahiyyəti kəskin şəkildə dəyişə bilər”.
Publika.az xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasının üzvü Vahe Ovannisyan deyib.
Ovannisyan hesab edir ki, Zelenskinin Azərbaycana səfərindən sonra Ermənistana gəlməsi ehtimalı yüksəkdir.
“Zelenskinin mümkün səfərindən ən çox əziyyət çəkən Paşinyan olacaq. Zelenskinin İrəvanda olması o deməkdir ki, Ermənistan bir neçə gün ərzində Rusiya əleyhinə gündəmin mərkəzinə çevriləcək. Ukrayna prezidenti Avropa Siyasi Birliyinin sammitində iştirak edərsə, Ermənistan ətrafında və ölkə daxilində atmosfer dəyişəcək. Rusiyanın reaksiyası özünü çox gözlətməyəcək, xüsusilə Moskva əleyhinə səslənəcək fikirlərə qarşı əks-tədbirlər görəcək”, - o bildirib.
Erməni siyasətçi qeyd edib ki, Ermənistan Avropa və Rusiya qarşıdurmasının ortasında qalıb, Zelenskinin səfəri isə bu vəziyyəti daha da kəskinləşdirəcək.
Asif
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO















.jpg)


















