İdman
Kloppdan qəribə açıqlama: Qəbir daşımda bu sözlər yazılmasın
"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis özünü böyük hesab etmədiyini deyib:
“Bunun nə demək olduğu məni maraqlandırmır. Bu, məni əla məşqçi edəcəkmi? Mən heç vaxt özümü böyük məşqçi hesab etmirəm. Hələ də insanların məni belə hesab etmələrinə təəccüblənirəm, amma mən bunu qəbul edirəm.
Əhəmiyyətli olan odur ki, "Liverpul"da insanlar bizim əldə etdiyimiz uğurlardan razıdırlar. Məni Arsen Venger və ya başqası ilə müqayisə etmək lazım deyil. Mənim üçün bu heç nə demək deyil.
Qəbir daşımda “burada planetin ən uğurlu məşqçilərindən biri yatır” yazılmasını istəmirəm. Yerin üç fut altında qalacağam. Xeyr, bu mənim üçün deyil. Mən həyatım boyu insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm”.
Qeyd edək ki, Klopp mövsümün sonunda "Liverpul"u tərk edəcək. Onun sözlərinə görə, 1 il istirahət etdikdən sonra məşqçi karyerasını davam etdirib-etdirməyəcəyinə qərar verəcək.
Heybət
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!