Təbriz klubunun baş məşqçisi İrandan qaçdı
Bizi izləyin

İdman

Təbriz klubunun baş məşqçisi İrandan qaçdı

"Traktor" klubu baş məşqçisiz qalıb.

Publika.az xəbər verir ki, Təbriz təmsilçisi baş məşqçisi Fransisko Xemesi İranla İsrail arasında yaşanan hərbi gərginliyə görə itirib. O, hərbi vəziyyətə görə ölkəni tərk etmək qərarına gəlib.

53 yaşlı ispaniyalı mütəxəssis həmyerlilərindən ibarət məşqçilər korpusu ilə birlikdə müqaviləyə xitam verərək vətənə qayıdıb. Bu məsələdə ölkəsinin səfirliyinin köməyindən yararlanıb.

Bu məsələdə tək qurban "Traktor" deyil. Həm futbol, həm də digər idman növlərində çalışan əcnəbi şəxslər İranı tərk edirlər. Onlar sözləşmələrindəki fors-major bəndindən yararlanırlar. Yəni ölkədəki hərbi vəziyyəti əsas gətirərək müqavilələrinə xitam verərək vətənlərinə dönürlər.

Qeyd edək ki, ötən həftəsonu İran İsrailə 300-ə yaxın raket və pilotsuz uçuş aparatı atıb. Bu, iki ölkə arasında vəziyyəti gərginləşdirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm